Kriptovalyuta bazarının flaqmanı olan Bitcoin 86 min dollar səviyyəsini keçərək son 24 saatda 6.98% artım qeydə alıb.
GDP xəbər verir ki, bazarda ən çox diqqəti cəlb edən artım isə İlon Mask ilə əlaqələndirilən Dogecoin kriptovalyutasında müşahidə edilib – 16.32% artımla 0.3217 ABŞ dolları səviyyəsinə yüksəlib.
Bazarın ikinci ən böyük kriptovalyutası Ethereum da 3.39% artaraq 3,323 dollar səviyyəsini görüb. Digər əsas kriptovalyutalardan Solana 4.11%, BNB isə 0.01% artım nümayiş etdirib.
Ümumilikdə kriptovalyuta bazarının dəyəri 3 trilyon dolları keçməklə yeni bir rekord səviyyəyə çatıb. Bu, kriptovalyutalara olan marağın və institusional investorların bazara olan inamının artdığını göstərir.