Azərbaycan Beynəlxalq Bankının (ABB) İdarə Heyətinin sədri Abbas İbrahimov COP29-un “Elm, Texnologiya və Rəqəmsallaşma Günü” çərçivəsində təşkil olunan tədbirlər barədə məlumat verib.
GDP xəbər verir ki, onun sözlərinə görə, ABB pavilyonunda bank əməkdaşları korporativ müştərilər üçün rəqəmsal həlləri təqdim ediblər. Tədbir çərçivəsində Visa şirkəti ilə əməkdaşlıq nəticəsində hazırlanan ABB mobile tətbiqindəki Karbon İzi Kalkulyatorunun təqdimatı keçirilib.
İbrahimov qeyd edib ki, pavilyonda həmçinin startaplar arasında dayanıqlılıq mövzusunda müsabiqə, rəqəmsal məhsul və xidmətlərlə bağlı təqdimatlar və panel müzakirələri təşkil olunub.
Bankın rəhbəri bildirib ki, tədbirdə Azərbaycan Respublikası Prezidentinin köməkçiləri – ABB-nin Müşahidə Şurasının sədri Şahmar Mövsümov və Müşahidə Şurasının üzvü Xalid Əhədov da iştirak edərək pavilyonu ziyarət ediblər.