Close Menu
    What's Hot

    Mərkəzi Bank uçot dərəcəsini dəyişməz saxlayıb

    24 İyun 2026

    Murad Süleymanov: “PAŞA Bank-ın IPO nəticələri açıqlanıb – Örtülmə nisbəti 129,2% olub”

    24 İyun 2026

    24 İyun 2026
    Trending
    • Mərkəzi Bank uçot dərəcəsini dəyişməz saxlayıb
    • Murad Süleymanov: “PAŞA Bank-ın IPO nəticələri açıqlanıb – Örtülmə nisbəti 129,2% olub”
    • Bəhruz Nağıyev: “Miles&Smiles 7 ildə 29 min kart və 84 min biletə imza atıb”
    • Rəhman Hümmətov: “Orta Dəhlizin potensialı rəqəmsal əlaqələndirmə olmadan reallaşa bilməz”
    • “PAŞA Bank”ın rəhbəri Cavid Quliyev:“19 il geridə qaldı, indi isə yeni mərhələ başlayır”
    • Azərbaycanda “smart büdcələr” dövrü. Niyə bizneslər artıq sadəcə like sayına inanmır və rəqəmsal marketinqdən nə gözləmək lazımdır?
    • Taleh Kazımov: “Sudanla pul siyasəti və maliyyə texnologiyaları sahəsində əməkdaşlığı gücləndiririk”
    Gdp.azGdp.az
    • Ana səhifə
    • Rəsmi
    • Bank
      1. Mərkəzi Bank
      2. Banklar
      3. BOKT
      4. Fintex
      5. Bankların renkinqi
      Featured

      Mərkəzi Bank uçot dərəcəsini dəyişməz saxlayıb

      24 İyun 2026
      Recent

      Mərkəzi Bank uçot dərəcəsini dəyişməz saxlayıb

      24 İyun 2026

      Murad Süleymanov: “PAŞA Bank-ın IPO nəticələri açıqlanıb – Örtülmə nisbəti 129,2% olub”

      24 İyun 2026

      24 İyun 2026
    • Birja
      1. Yerli bazar
      2. Qlobal birjalar
      3. Kliptovalyuta
      4. View All

      Fərid Osmanov: Qiymətli kağızların emissiyası prosedurlarının sadələşdirilməsi təklif olunur

      17 İyun 2026

      “ABB-Invest İnvestisiya Şirkəti”nin rəhbərliyində iki mühüm təyinat olub

      02 İyun 2026

      Ümumi dövriyyə həcmində 9% azalma, korporativ istiqrazlarda 152,8% artım – ABB Invest-ın bazar dinamikası

      20 May 2026

      “2025-ci ildə ABB səhmlərinin təkrar bazarda dövriyyəsi 18 milyon manat təşkil edib” – Nadir Babazadə

      15 May 2026

      ABŞ fond bazarında bir gündə 1,1 trilyon dollar itki qeydə alınıb

      11 İyun 2026

      Citi: Tokenləşdirilmiş qiymətli kağızlar bazarı 2030-cu ilə qədər 5,5 trilyon dollara çata bilər

      01 İyun 2026

      Goldman Sachs: “ABŞ bazarında “dotkom köpüyü” siqnalları güclənir”

      16 May 2026

      ABŞ səhmləri Trampın Çin səfərindən sonra enişlə açılıb

      15 May 2026

      Bitcoin bir neçə həftədən sonra ilk dəfə 69 min dolların altına düşüb

      02 İyun 2026

      “Strategy” ilk dəfə həftəlik bitcoin alışını dayandırdı

      25 May 2026

      Coinbase 2026-cı ilin birinci rübündə 88 milyon dollarlıq bitcoin alıb

      08 May 2026

      BlackRock: Bitcoin-in qlobal dəyər saxlancı sahəsində real rəqibi yoxdur

      05 May 2026

      Fərid Osmanov: Qiymətli kağızların emissiyası prosedurlarının sadələşdirilməsi təklif olunur

      17 İyun 2026

      ABŞ fond bazarında bir gündə 1,1 trilyon dollar itki qeydə alınıb

      11 İyun 2026

      Bitcoin bir neçə həftədən sonra ilk dəfə 69 min dolların altına düşüb

      02 İyun 2026

      “ABB-Invest İnvestisiya Şirkəti”nin rəhbərliyində iki mühüm təyinat olub

      02 İyun 2026
    • İqtisadiyyat
      1. Büdcə
      2. Vergi
      3. Kənd Təsərüfatı
      4. Nəqliyyat
      5. Energetika
      6. Neft qaz
      7. Əmlak
      8. Audit
      9. İKT
      Featured

      Rəhman Hümmətov: “Orta Dəhlizin potensialı rəqəmsal əlaqələndirmə olmadan reallaşa bilməz”

      19 İyun 2026
      Recent

      Rəhman Hümmətov: “Orta Dəhlizin potensialı rəqəmsal əlaqələndirmə olmadan reallaşa bilməz”

      19 İyun 2026

      Bakcell-in dəstəyi ilə 5-ci “YAŞAT” düşərgəsi başlayıb

      17 İyun 2026

      “Bakcell” “AI Strategy Summit | Baku 2026” tədbirinin əsas tərəfdaşı olub

      16 İyun 2026
    • Sığorta
    • Biznes
      • Rəsmi
      • Yerli Bizneslər
      • Biznesmenlər
      • Startaplar
      • Gömrük
      • Tender
    • Vakansiya
    • Digər
      • Marketinq
      • Turizm
      • Moda
      • İdman
      • Bloq yazıları
    Gdp.azGdp.az
    Ana səhifə » Birja » Qızıl inestorlar üçün “parıltısını” niyə itirir?
    Birja

    Qızıl inestorlar üçün “parıltısını” niyə itirir?

    17 Noyabr 2024
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email
    Qızıl seçkilərdən sonra onilliklərin ən böyük enişini nümayiş ettirir.

    Deutsche Bank-ın məlumatına görə, ABŞ-da respublikaçı namizədin qələbəsindən sonra iki gün ərzində qiymətli metal ən azı son 13 prezident seçkisi üçün ən pis nəticələrini göstərib. Seçki günündən bu yana qızılın qiyməti təxminən 7% azalıb, digər bir neçə aktiv sinfi isə seçkidən sonrakı yüksəlişdən faydalanıb.

    “İnsanlar, adətən, heç nə işləmədiyi zaman qızıla maraq göstərirlər,” deyə US Bank-ın investisiya strategiyası üzrə baş direktoru Rob Havort bildirib. “Halbuki, hazırda səhmlər yaxşı performans göstərir; hətta aşağı keyfiyyətli korporativ kreditlərdən də yaxşı gəlir əldə etmək olar. Buna görə də, kimsə portfelin artırılması üçün alternativ vasitələr axtarmağa meylli deyil.”

    Qızılın enişi bu aktiv üçün əhəmiyyətli dönüş nöqtəsidir, çünki ABŞ seçkilərinə qədərki il ərzində 30%-dən çox artmış və bir neçə dəfə rekord maksimumlarını yeniləmişdi. Geosiyasi və iqtisadi risklər qızılı investorlar üçün cəlbedici etmişdi. Uzunmüddətli qeyri-müəyyənlik hələ də qalır, çünki Tramp bəzən gözlənilməz mövqeləri ilə tanınır. Bununla belə, qızılın təhlükəsiz aktiv kimi cəlbediciliyi əhəmiyyətli dərəcədə azalıb, çünki qızıl üçün ən yaxşı ssenari – mübahisəli seçkilər – reallaşmadı.

    Trampın yenidən seçilməsindən sonrakı günlərdə ABŞ dollarının möhkəmlənməsi də qızıla mənfi təsir edir, çünki qızıl ABŞ valyutası ilə qiymətləndirilir. ABŞ iqtisadiyyatı isə özünü yaxşı hiss edir: inflyasiya yavaşlayır və Federal Ehtiyat Sistemi faiz dərəcələrini azaltmağa tələsmir.

    ABŞ iqtisadiyyatının güclü göründüyü bir zamanda, “qızıl intuitiv olmayan bir seçim olardı,” deyə John Hancock Investment Management şirkətinin baş investisiya strateqi Matt Miskin bildirib. “Hazırkı əhval-ruhiyyə belədir ki, həm fundamental, həm də geosiyasi risklər minimaldır. Belə şəraitdə axına qarşı çıxmaq çətin olur.”

    Bəzi investorlar seçilmiş prezidentin platforması ilə razılaşmaya bilər, lakin sadəcə olaraq Trampın ikinci dövründə nələr gözləməli olduqlarını bilmək, qeyri-müəyyənliyin bir qismini aradan qaldırıb və bu, qiymətli metalın yeni zirvələrə qalxmasına səbəb olmuşdu. Respublikaçıların təmiz qələbəsinin təsdiqlənməsi həmçinin Trampın kampaniya zamanı danışdığı siyasətləri həyata keçirməkdə daha çox azadlıq əldə edəcəyini göstərir. Trampın vergi azaldılması, maliyyə tənzimləmələrinin ləğvi və tariflərin aşağı salınması ilə bağlı gündəliyi hedge-fondları bu tədbirlərdən faydalana biləcək sektorlar, o cümlədən böyük banklar və daxili sənayeyə sərmayə qoymağa sövq edib.

    “Sadəcə olaraq kapital qoyuluşu üçün daha inandırıcı yerlər var,” deyə Infrastructure Capital Advisors şirkətinin baş direktoru Cey Hətfild bildirib. “Kim Goldman Sachs-da 10%-lik rallini qaçırmaq istəyər?”

    Seçki günündən bu yana kriptovalyutalar da kəskin şəkildə artıb, Trampın siyasətinin rəqəmsal aktivləri dəstəkləyəcəyi gözləntiləri ilə. iShares Bitcoin Trust ETF, BlackRock Inc. tərəfindən təqdim edilən spot bitcoin ETF-in ümumi aktivləri ilk dəfə keçən həftə 40 milyard dolları keçdi. Bu artım, dünyanın ən böyük fiziki qızıl ehtiyatı olan SPDR Gold Shares-dən kəskin çıxışla üst-üstə düşdü.

    “Trampın qələbəsi kriptovalyutaların tənzimlənməsinin zəifləməsinə səbəb ola bilər. Bu, qızıldan müəyyən qədər kapitalın çəkilməsinə gətirib çıxara bilər; bu spekulyativ tələb indi rahatlıqla kriptovalyutalara keçə bilər,” deyə Invesco Advisers şirkətinin qlobal bazarlar üzrə baş strateqi Kristina Huper bildirib.

    Bununla belə, uzunmüddətli perspektivdə qızılın artım potensialı qalır. Trampın vergi və tariflərlə bağlı sərt vədləri, çox güman ki, nəticədə defisit və inflyasiyanın artmasına gətirib çıxaracaq ki, bu da investorların inflyasiya riskindən qorunmaq üçün qızıla yenidən müraciət etməsinə səbəb ola bilər. Əgər Trampın ikinci dövrü qlobal ticarəti və geosiyasəti pozarsa, Çin və Rusiya kimi digər ölkələrin mərkəzi bankları ehtiyatlarını şaxələndirmək və dolların payını azaltmaq üçün qızıl almağa davam edəcəklər.

    “Dost” və “neytral” ölkələrin ehtiyatlarını idarə edən bir çox menecerlər gözlənilməz xarici siyasət və ehtiyatlarının təhlükəsizliyinə təsirləri ilə bağlı daha çox narahat olacaqlar,” deyə Gama Asset Management SA şirkətinin qlobal makroportfelinin idarəçisi Raciv de Mello bildirib.

    Mövcud satış dalğası, “bu, daha çox ucuzlaşmada almaq hekayəsidir,” deyə o əlavə edib. “ABŞ-dakı seçkilərdən bəri baş verən kəskin enişdən sonra qızıl daha əlçatan diapazona daxil oldu.”

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Telegram WhatsApp

    Related Posts

    Fərid Osmanov: Qiymətli kağızların emissiyası prosedurlarının sadələşdirilməsi təklif olunur

    17 İyun 2026

    ABŞ fond bazarında bir gündə 1,1 trilyon dollar itki qeydə alınıb

    11 İyun 2026

    Bitcoin bir neçə həftədən sonra ilk dəfə 69 min dolların altına düşüb

    02 İyun 2026

    “ABB-Invest İnvestisiya Şirkəti”nin rəhbərliyində iki mühüm təyinat olub

    02 İyun 2026
    Kateqoriyalar
    • Audit
    • Avto
    • Bank
    • Banklar
    • Bankların renkinqi
    • Birja
    • Biznes
    • Biznesmenlər
    • Bloq yazıları
    • BOKT
    • Bu günün xəbərləri
    • Büdcə
    • Digər
    • Dünya
    • Energetika
    • Əmlak
    • Fintex
    • Gömrük
    • İdman
    • İKT
    • İqtisadiyyat
    • Kənd Təsərüfatı
    • Kliptovalyuta
    • Marketinq
    • Mərkəzi Bank
    • Moda
    • Neft qaz
    • Nəqliyyat
    • qısa xəbərlər
    • Qlobal birjalar
    • Rəsmi
    • Rəsmi
    • Sığorta
    • Startaplar
    • Tender
    • Turizm
    • Vakansiya
    • Vergi
    • Yerli bazar
    • Yerli Bizneslər
    GDP.AZ bütün hüquqlar qorunur

    Type above and press Enter to search. Press Esc to cancel.