Goldman Sachs Group Inc. analitikləri ABŞ-ın yeni seçilmiş prezidenti Donald Trampın siyasəti fonunda 2025-ci ildə qızılın qiymətinin əhəmiyyətli artacağını proqnozlaşdırır.
GDP xəbər verir ki, ekspertlərin fikrincə, qiymətli metalın bahalaşmasına idxal rüsumlarının artırılması, həmçinin Trampın vergilərin azaldılması və xərclərin artırılması planları ilə əlaqədar ABŞ büdcə kəsirinin böyüməsi kimi amillər təsir göstərəcək.
Daan Streyvenin rəhbərlik etdiyi Goldman analitiklər qrupunun hesabatında bildirilir ki, mərkəzi banklar tərəfindən qızıla olan tələbatın artması və Federal Ehtiyat Sisteminin əsas faiz dərəcəsini daha da azaltması qiymətli metala olan tələbatı dəstəkləyəcək.
Goldman-ın proqnozuna əsasən, 2025-ci ilin sonunadək qızılın qiyməti 15% artaraq bir unsiya üçün 3000 dollara çatacaq. Bu il qiymətli metalın qiyməti ən etibarlı aktivlərə tələbatın artması və FED-in pul-kredit siyasətinin yumşaldılması fonunda 25% artıb.
Bazar ertəsi qızılın qiyməti 1.5% artaraq bir unsiya üçün 2607.9 dollar təşkil edib.