London Fond Birjası (LSE) 2008-ci il maliyyə böhranından bəri ən pis ilini “yaşamağa” hazırlaşır.
GDP xəbər verir ki, Britaniya şirkətləri kütləvi şəkildə ABŞ-a üz tutaraq öz əməliyyatlarını orada davam etdirirlər.
Bu il ərzində ümumilikdə 88 şirkət səhmlərini delist edərək fəaliyyətini ABŞ-a köçürüb. Yeni listinq sayı isə son 15 ilin ən aşağı səviyyəsindədir. Birjanı tərk edən şirkətlərin birgə bazar dəyəri 280 milyard funt sterlinqə çatır ki, bu da FTSE 100 indeksinin hazırkı ümumi dəyərinin təxminən 14%-ni təşkil edir.
Bu tendensiyanın yalnız başlanğıc olduğu bildirilir. Mütəxəssislər ABŞ-ın Avropanı iqtisadi zəiflətmə strategiyasının plan üzrə davam etdiyini və nəticələrin yaxın illərdə daha da dərinləşəcəyini proqnozlaşdırırlar.