Kapital Bank bazar strategiyası və müştərilərinə təklif etdiyi xidmətlərdə balanslı yanaşması ilə seçilir. Kapital Bank bahalı bank deyil və müştərilər üçün daha əlverişli şərtlər yaratmağa çalışır.
GDP xəbər verir ki, Fərid Hüseynov bu fikirləri 2024-cü ilin 11 ayının nəticələri və 2025-ci ilin planlarına dair keçirilən mətbuat konfransında səsləndirib.
Hüseynov əlavə edib ki, bank bazar payının dəyişməsini və rəqib bankların kredit siyasətini davamlı olaraq izləyir. Kapital Bank bazarın orta mövqeyində qərar tutmağa çalışsa da, xüsusi seqmentlərdə müştərilərinə daha cəlbedici təkliflər təqdim edir. Məsələn, Kapital Bankdan təqaüd alan təqaüdçülər üçün kredit faizləri nisbətən aşağı səviyyədədir.
Hüseynovun sözlərinə görə, bu, sosial məsuliyyətin bir hissəsi kimi dəyərləndirilir.