Berkshire, Occidental Petroleum-un əlavə səhmlərini 405 milyon dollara satın alıb.
GDP xəbər verir ki, Amerikalı milyarder Uorren Baffetin investisiya şirkəti Berkshire Hathaway Inc. şist yataqlarında neft və qaz hasilatı ilə məşğul olan Occidental Petroleum-un əlavə səhmlərini təxminən 405 milyon dollara alıb.
Qiymətli Kağızlar və Birja Komissiyasına (SEC) təqdim edilən sənədlərə əsasən, son üç gün ərzində Berkshire Occidental səhmlərinin 8,9 milyon səhmini satın alaraq, sahibliyini 264,2 milyon səhmə çatdırıb. Beləliklə, Berkshire təxminən 12 milyard dollar dəyərində Occidental səhmlərinin 28%-dən çoxuna sahibdir.
Market Watch qeyd edir ki, Occidental qiymətli kağızlarının qiyməti bu ilin əvvəlindən 24% azalıb; Berkshire iyun ayından bəri şirkətdəki payını artırmayıb.