İpoteka Kredit Zəmanət Fondunun verdiyi ipoteka kreditlərinin həcmi 3 milyon manatı keçib, kirayə mənzillərin sayı isə 6000-i ötüb və sahibkarlara verilən zəmanətli kreditlərin həcmi 500 min manata çatıb.
GDP xəbər verir ki, hazırda Fondun kapitallaşma səviyyəsi 33.4 faiz təşkil edir və qiymətli kağızlar bazarında ən uzunmüddətli emissiya (orta müddət 22 il) məhz bu quruma məxsusdur. Fond həmçinin mütərəqqi risk menecmenti sisteminə malikdir.