Kreditlərin 357,7 milyon manatı adi ipoteka kreditləri və ya 3609 kredit, 82,1 milyon manatı yaxud 1076 kredit güzəştli ipoteka kreditləri olub.
GDP xəbər verir ki, 2023-cü ildə İpoteka və Kredit Zəmanət Fondu vasitəsilə 4685 ailə mənzil sahibi olub.
Məlumata görə,müvəkkil banklar tərəfindən verilən ipoteka kreditlərinin ümumi həcmi 439,8 milyon manat təşkil edib. Bu kreditlərin 357,7 milyon manatı adi ipoteka kreditləri (3609 kredit), 82,1 milyon manatı isə güzəştli ipoteka kreditləri (1076 kredit) olub.
Fondun fəaliyyət göstərdiyi 2006-2024-cü illər ərzində ümumilikdə 52530-dan çox ailə ipoteka kreditindən yararlanaraq öz mənzil şəraitini yaxşılaşdırıb. Bu müddət ərzində verilən kreditlərin ümumi həcmi 3,31 milyard manatı ötüb.
Diqqətəlayiq haldır ki, ipoteka kreditlərindən istifadə edənlərin əksəriyyətini – 67 faizini gənclər və gənc ailələr təşkil edir. Eyni zamanda, verilən kreditlərin 22 faizə yaxını regionların payına düşüb ki, bu da ölkənin müxtəlif bölgələrində mənzil təminatının yaxşılaşdırılmasına öz töhfəsini verir.