Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Taleh Kazımov “Central Banking” onlayn jurnalında dərc olunan “COP29-dan sonrakı dövrdə dayanıqlılığın təşviqi” adlı məqaləsində bildirib ki, Mərkəzi Bank dayanıqlı maliyyə sisteminin inkişafında aparıcı rol oynamaqda tam qərarlıdır.
Onun sözlərinə görə, AMB təşəbbüsləri, güclü tərəfdaşlıqları və dayanıqlılığa bağlılığı ilə təkcə ölkədə yaşıl transformasiyaya töhfə verməyi deyil, həm də qlobal iqlim fəaliyyəti səylərini dəstəkləməyi və inkişaf etdirməyi hədəfləyir.
Kazımov vurğulayıb ki, AMB yaşıl maliyyə sahəsində innovasiyaları təşviq etmək, iqlim dəyişikliyinin yaratdığı sistem risklərini azaltmaq və iqtisadi rifahla ekoloji dayanıqlığın paralel şəkildə mövcud olduğu gələcək yaratmaqda əzmli şəkildə fəaliyyətini davam etdirir.
Bu istiqamətdə atılan addımlar Azərbaycanın dayanıqlı inkişaf prioritetlərinə uyğun olaraq ölkənin maliyyə sektorunda yaşıl dönüşümün daha da sürətlənməsini hədəfləyir.

