Londonun ICE birjasında Brent markalı neftin qiyməti bir barel üçün 64 dolları ötüb.
GDP xəbər verir ki, bu, 2025-ci il dekabrın 5-dən bəri qeydə alınan ən yüksək qiymətdir.
Ticarət məlumatlarına görə, qiymət artımı fonunda neft bazarında müsbət dinamika müşahidə olunur. Qeyd edək ki, bundan əvvəl — yanvarın 7-də — 2026-cı ilin mart ayında tədarük olunacaq Brent fyuçerslərinin qiyməti bir barel üçün 60 dollardan aşağı düşmüşdü.

