Həftə sonu ABŞ-da neft fyuçerslərinin qiyməti kəskin yüksələrək barrel üçün 97 dollar səviyyəsinə çatıb.
GDP xəbər verir ki, bu artım Fars körfəzindəki iri neft istehsalçılarının hasilatı dayandırmağa başlaması ilə əlaqələndirilir.
Son məlumatlara görə, qiymətlərdə son sıçrayış təxminən 4 dollar və ya 6 faiz təşkil edərək barrel üçün təxminən 94 dollar səviyyəsində qərarlaşıb.
Ekspertlər bu bahalaşmanı regional gərginlik və tədarük zəncirindəki problemlərlə əlaqələndirirlər.

