Cümə axşamı keçirilən həftəlik hərraclar zamanı Brent markalı neftin qiyməti İranın Fars körfəzi ölkələrinin enerji infrastrukturuna hücumlarını davam etdirməsi ilə bağlı xəbərlər fonunda 119 dolları keçib.
Səudiyyə Ərəbistanı Müdafiə Nazirliyi “X” sosial şəbəkəsindəki rəsmi hesabında Qırmızı dəniz sahilindəki Yanbu limanında yerləşən Səudiyyə Ərəbistanının ən böyük NEZ-i olan SAMREF-ə pilotsuz uçuş aparatı (PUA) ilə hücum edildiyini bildirib. Reuters agentliyi mənbələrə istinadən xəbər verir ki, Yanbuda neft yükləmə əməliyyatları dayandırılıb.
Londonun ICE Futures birjasında Brent markalı neftin may ayına olan fyuçerslərinin dəyəri Bakl vaxtı ilə 13:45-ə olan məlumata görə 118,32 dollar təşkil edir ki, bu da əvvəlki həftəliyin bağlanış göstəricisindən 10,94 dollar (10,19%) çoxdur. Həftəlik hərraclar zamanı qiymət sonuncu dəfə martın 9-da qeydə alınan səviyyəni keçərək 119,13 dollara qədər yüksəlib.

