2026-cı ilin yanvar–sentyabr aylarında Azərbaycana idxal olunan mal çeşidlərinin sayı 7 325 təşkil edib.
GDP Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 184 vahid və ya 2,45% azalıb.
2025-ci ilin müvafiq dövründə idxal olunan mal çeşidlərinin sayı 7 509 olmuşdu.
Eyni zamanda, Azərbaycandan ixrac olunan mal çeşidlərinin sayı da azalıb.
Belə ki, 2025-ci ilin yanvar–sentyabr aylarında 2 655 olan ixrac mal çeşidlərinin sayı 2026-cı ilin eyni dövründə 2 566-ya enib.
Bu isə 89 vahid və ya 3,35% azalma deməkdir.
Bununla belə, hesabat dövründə idxal olunan malların ümumi dəyəri 20,41% azaldığı halda, ixracın ümumi dəyəri 28,26% artıb.

