2025-ci ildə gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsilinə dair Dövlət Proqramının maliyyələşdirilməsi üçün Dövlət Neft Fondundan 86,9 milyon manat ayrılıb.
GDP xəbər verir ki, 2024-cü ildə bu istiqamətdə xərclər 47,33 milyon manat olub. Beləliklə, maliyyələşdirmə təxminən 39,6 milyon manat və ya 83,6 faiz artıb.
Ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramına ayrılan vəsait isə 33,95 milyon manatdan 18,6 milyon manata enib. Bu istiqamətdə maliyyələşdirmə təxminən 15,4 milyon manat və ya 45,2 faiz azalıb.
Hər iki proqram üzrə ümumi xərclər təxminən 81,3 milyon manatdan 105,5 milyon manata yüksəlib. Nəticədə təhsil proqramlarının ümumi maliyyələşdirilməsi 24,2 milyon manat və ya 29,8 faiz artıb.

