Axşam saatlarında neft qiymətləri ucuzlaşmaqda davam edir. Bazar iştirakçıları Yaxın Şərqdəki münaqişənin diplomatik yolla həlli perspektivlərini qiymətləndirirlər.
Bakı vaxtı ilə saat 18:07-yə olan məlumata görə, Londonun ICE Futures birjasında Brent markalı neftin dekabr fyuçersləri 2,06 dollar və ya 1,78% ucuzlaşaraq bir barel üçün 113,75 dollara düşüb.
Nyu-York Əmtəə Birjasında isə WTI markalı neftin dekabr fyuçersləri həmin vaxta 1,80 dollar və ya 1,77% ucuzlaşaraq bir barel üçün 99,96 dollara enib.

