Azərbaycan Beynəlxalq Bankı (ABB) imtiyazlı müştəriləri üçün ABB Prime layihəsini və yeni kart məhsulunu təqdim edib.
GDP xəbər verir ki, bu barədə ABB-nin İdarə Heyətinin sədri Abbas İbrahimov sosial şəbəkə hesabında məlumat verib.
Onun sözlərinə görə, ABB Prime çərçivəsində bankın imtiyazlı müştəriləri üçün xüsusi tədbir təşkil olunub. Axşam yeməyi formatında keçirilən görüşdə iştirakçılara yeni layihə və kart məhsulunun üstünlükləri barədə məlumat verilib.
Abbas İbrahimov bildirib ki, ABB bankçılığın yalnız maliyyə xidmətlərinin göstərilməsindən ibarət olmadığına, eyni zamanda insanlar arasında münasibətlərə, qarşılıqlı etimada və güvənə əsaslandığına inanır.
“Bütün bunlar isə ortaq dəyərlər, sıx ünsiyyət, birgə xatirələr işığında formalaşır”, – deyə bank rəhbəri qeyd edib.
ABB-nin İdarə Heyətinin sədri vurğulayıb ki, tədbir çərçivəsində müştərilərin yeni layihə ilə tanışlığı təmin edilib, sənətçilərin çıxışları isə gecəyə xüsusi rəng qatıb.
Qeyd edək ki, paylaşımda ABB Prime layihəsinin və yeni kart məhsulunun konkret tarifləri, xidmət şərtləri və təqdim etdiyi imtiyazların detalları açıqlanmayıb.





