PAŞA Bank kiçik və orta biznes (KOB) müştəriləri üçün yeni “Çevik Kredit” məhsulunu istifadəyə verib. Yeni məhsul sahibkarlara banka gəlmədən, tam onlayn şəkildə kredit əldə etmək imkanı yaradır.
“Çevik Kredit” üzrə müraciətlər yalnız müştərinin kredit tarixçəsi əsasında qiymətləndirilir. Əlavə sənədlərin təqdim edilməsi tələb olunmur və müraciət prosesi cəmi üç addımda tamamlanır.
Müraciət təsdiqləndikdən sonra kredit vəsaiti iki saat ərzində müştərinin hesabına köçürülür. Bu imkan sahibkarlara bizneslərinin cari maliyyə ehtiyaclarını operativ şəkildə qarşılamağa şərait yaradır.
Girov və əlavə təminat tələb olunmadan təqdim edilən kreditin məbləği 100 000 AZN-dək, illik faiz dərəcəsi isə 15%-dən başlayır.
“Çevik Kredit” məhsulunun istifadəyə verilməsi PAŞA Bankın sahibkarlığın inkişafına dəstək, bizneslərin maliyyə resurslarına çıxışının asanlaşdırılması və rəqəmsal bankçılıq imkanlarının genişləndirilməsi istiqamətində həyata keçirdiyi strategiyanın davamıdır.

