İnvestorların Federal Ehtiyat Sisteminin (FED) pul siyasətinin perspektivini qiymətləndirməsi fonunda dollar indeksi bu gün 104.5 ətrafında sabitləşib.
GDP xəbər verir ki, ötən həftə, ABŞ-da inflyasiyanın azalma istiqamətində dinamikasının əlamətləri mərkəzi bankın bu il siyasətin yumşaldılması dövrünə başlayacağına dair proqnozları gücləndirdiyi üçün dollar indeksi təxminən 1% enib.
Bir sıra FED rəsmiləri faizləri azaltmağa keçməzdən əvvəl ehtiyatlı olmağa çağırıb.
Dollar indeksi sabit qalıb, lakin Çin Xalq Bankı əsas kredit faizlərini dəyişməz saxladığı üçün yuana qarşı yüksəlməyə davam edir.