“Kredit bazarında payımızı 2023-cü ildə 2% artıraraq 20%- ə çatdırmışıq”
GDP xəbər verir ki, bu ABB-nin İdarə Heyətinin sədri Abbas İbrahimovun bankın “Dayanıqlı İnkişaf Hesabat”ı ilə bağlı bölüşdüyü fikirlərdə əks olunub.
O bildirib: “Bankımız ötən dövrdə qurduğumuz sağlam təməllər üzərində sürətlə böyüməyə başlayıb. Bütün seqmentlər üzrə bazar payımızı artıraraq sektorda yüksək böyümə nümayiş etdirmişik. Kredit bazarında payımızı 2023-cü ildə 2% artıraraq 20%- ə çatdırmışıq.”
Abbas İbrahimov əlavə edib : “31.12.2023-cü il tarixli konsolidasiya edilmiş maliyyə hesabatlarına əsasən, portfelimiz 2023-cü ilin əvvəli ilə müqayisədə ilin sonunda 1.5 mlrd. AZN, yəni 43% artaraq 5 mlrd. AZN-i ötüb”