Yeni emissiya olunan 322 milyon səhm tam yerləşdirildikdən sonra özəl investorların ABB-nin nizamnamə kapitalındakı payı 10%-ə çatacaq, dövlətin payı 90%-ə enəcək.
GDP xəbər veir ki, bunu ABB-nin İdarə Heyətinin sədri Abbas İbrahimov deyib.
O bildirib: “Əsas məqsəd ABB-yə özəl investisiyaların, kiçik səhmdarların cəlb edilməsidir. Maksimal sifariş limitinin bir investor üzrə 20 min manat dəyərində 75 min ədəd səhm müəyyən edilməsi də bununla bağlıdır.”
Abbas İbrahimov qeyd edib: “ABB 6 ildir ki, səhmdarlarına dividend ödəyir. Bu, hər il artıb. Bank daha da inkişaf etdikcə, gəlirlilik artıqda dividend gəlirliliyi hədəfi 15%-dən yuxarı tutulacaq.”
ABB sədri deyib: “Hazırda səhmdarlarının qərarı sözügedən səhm buraxılışından ibarətdir. Gələcəkdə də bu istiqamətdə yeni qərar ola bilər”