ABŞ fond bazarları təkistiqamətli dinamika nümayiş etdirmir.
GDP xəbər verir ki, Amerika fond indeksləri ticarət gününün əvvəlində zəif və müxtəlif istiqamətlərdə dəyişib.
Ekspertlər S&P 500-də 10% yüksəlişi mümkün hesab edir. Bu arada Amerika Mərkəzi Bankının direktorlar şurasının üzvü Liza Kuk inflyasiyanın azalması və əmək bazarının soyuması fonunda Federal Ehtiyat Sisteminin faiz dərəcələrini aşağı sala biləcəyini bildirib.
Bakı vaxtı ilə saat 17:54-də Dow Jones indeksi 0,4% azalaraq 38 957,51 bənd təşkil edib. İndeksdə artımın lideri Apple Inc-in səhmləridir. Bu səhmlər 1,2%bahalaşıb.
Enişdə lider Nike Inc-in səhmləridir. Bu səhmlər 1,5% ucuzlaşıb.
S&P 500 indeksinin dəyəri 0,12% azalaraq 5462,47 bənd olub. Nasdaq 0,11% artaraq 17 737,75-ə yüksəlib.