İlin əvvəlindən aktiv filial şəbəkəsinin genişləndirilməsi və müştərilərə əlçatan maliyyə xidmətlərinin təklif edilməsi siyasətini həyata keçirən AccessBank, bu gün əsaslı təmirdən sonra “20 yanvar” filialını müştərilərin xidmətinə təhvil verib.
GDP xəbər verir ki, yeni konsepsiya əsasında təmir edilən filial Bakı şəhəri, A.Mustafayev küçəsi 1c ünvanında yerləşir.
Müasir konseptli “20 yanvar” filialında müştərilərə hesablaşma-kassa əməliyyatları, əmanətlərin yerləşdirilməsi, müxtəlif növ kreditlərin təqdim edilməsi, plastik kartların alınması, pul köçürmələri, valyuta mübadiləsi və s. bank xidmətləri təklif edilir.
“Məqsədimiz Azərbaycanda müştərilərə maksimum rahat şəraitdə keyfiyyətli və operativ bank xidmətlərinin göstərilməsidir. İlin əvəllindən müxtəlif bölgələrimizdə və paytaxtda müştərilərimizə təqdim etdiyimiz filiallarımızın hər biri müasir bank konsepsiyasına uyğundur, burada müştərilər maliyyə xidmətləri əldə etməklə yanaşı, peşəkar komandamızın üzvləri tərəfindən maliyyə məsləhətləri xidmətindən də istifadə edə bilər”, – AccessBank-ın İdarə Heyətinin Sədri Davit Tsiklauru deyib.