“17 Avropa bankının 1952-ci ildə qurduğu, idxal-ixrac əməliyyatlarının maliyyələşdirilməsi üzrə ixtisaslaşmış AKA Bankla (Avropa İxrac-Ticarət Bankı) Çərçivə Müqaviləsi imzaladıq.”
GDP Xəbər verir ki, bunu ABB-nin İdarə heyətinin sədri Abbas İbrahimov AKA Bankla imzalanan müqavilə barəsində deyib.
O bildirib, “Bu anlaşma sahibkarlarımızı beynəlxalq ticarətin maliyyələşdirilməsi əqdləri üzrə dəstəkləmək imkanlarımızı daha da genişləndirir. Müqavilə əsasında artıq ilk müştərimizə 4,3 milyon Avro məbləğində uzunmüddətli maliyyələşmə xəttinin açılmasına qərar verilib və prosesə başlanıb.”
Abbas İbrahimov qeyd edib ki, ABB olaraq korporativ müştərilərimizin beynəlxalq əqdlərini üzünmüddətli maliyyələşdirmək üçün yeni xarici partnyorların axtarışını bundan sonra da davam etdirəcəyik.