ABŞ-ın neft ehtiyatları həftə ərzində 12,16 milyon barel azalıb.
GDP xəbər verir ki, ABŞ-ın kommersiya neft ehtiyatları ötən həftə 12,16 milyon barel azalaraq 448,54 milyon barrelə düşüb, ölkənin Energetika Departamenti bildirib.
Bildirilir ki, benzin ehtiyatları 2,21 milyon barel azalaraq 231,67 milyon barel təşkil edib.Kommersiya distillat ehtiyatları 1,54 milyon barel azalaraq 119,73 milyon barrelə düşüb.