Brent markalı neftin qiyməti 84,4 dollar/barelə düşüb
GDP xəbər verir ki, bu səhər benchmark neft qiymətləri enməkdə davam edir.
Treyderlər bazar ertəsi Texas sahillərini vuran Beril qasırğasının təsirini, həmçinin tələb proqnozlarını və ABŞ-ın neft ehtiyatları ilə bağlı qeyri-rəsmi məlumatları qiymətləndirirlər.
Londonun ICE Futures birjasında Brent markalı neftin sentyabr fyuçerslərinin kotirovkaları 0,27 dollar və ya 0,32% azalaraq 84,39 dollar/barel təşkil edib. Onların qiyməti 1,09 dollar və ya 1,3% ucuzlaşaraq 84,66 dollar/barelə çatıb ki, bu da iyunun 17-dən bəri minimumdur.