Sifariş icra edilmədikdə, sifariş üzrə ödənilmiş məbləğ investorun bank hesabına geri qaytarılacaq.
GDP xəbər verir ki, bunu ABB-nin yeni buraxılmış səhmlərinə abunə yazılışı barədə məlumat verən “ABB İnvest” Şirkətinin direktoru Nadir Babazadə deyib.
O bildirib: “Bir mühüm məlumatı da diqqətə çatdırmaq istərdim. Nəzərə alaraq ki, səhmlərin dəyərini əvvəlcədən ödəyən investorların vəsaitləri 10 sentyabr tarixinə qədər ABB-də qalacaq, onların bu vəsaitlərindən də qazanmaları üçün ABB daha bir sərfəli fürsət yaradıb.”
Nadir Babazadə ABB səhmlərini əldə edə bilməyib vəsaiti geri qaytarılanlara faiz ödəniləcəyini qeyd edib: ” Onlar 10 sentyabr tarixinə qədər ABB-də qalan vəsaitlərinə görə 7% illik gəlirliliklə faiz qazancı əldə edirlər. Üstəlik, bu faiz gəliri investorlara əvvəlcədən ödənilir. Yerləşdirmənin nəticəsinə əsasən, səhm sifarişi icra olunanlara da, ABB səhmlərini əldə edə bilməyib vəsaiti geri qaytarılanlara da bu faiz gəliri ödənir.”