Sahibkarlarımızın, kiçik orta biznes subyektlərimizin dayanıqlığının və rəqabət qabiliyyətinin təmin olunması üzərində çalışmalıyıq.
GDP xəbər verir ki,bunu Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin rəisi Məmməd Abbasbəyli “Milli Rəqabət Forumunda çıxışı zamanı deyib.
O bildirib: “Əsas məqsədlərimizdən biri rəqabət qanunvericiliyi dedikdə, ölkəmizin, dövlətimizin əsas instrumenti olan hansısa xüsusi müdaxilələr vasitəsilə yox, dövlət tərəfindən çox aydın və lazımi tənzimləmə, qanunverici tənzimləmə mexanizmlərinin tətbiqi və qanunverici tənzimləmə mexanizmlərinin real həyatda tətbiqi nəticəsində iqtisadi inkişafın sahibkarlarımızın, kiçik orta biznes subyektlərimizin dayanıqlığının və rəqabət qabiliyyətinin təmin olunması üzərində çalışmalıyıq.”
Məmməd Abbasbəyli qeyd edib: İnhisarçı mühit, bildiyimiz kimi, hər zaman investisiyaların stimullaşdırılmasını zəiflədir.