2024-cü ilin yanvar – iyun ayında Azərbaycandakı banklar tərəfindən 614 milyon manat xalis mənfəət, 875.5 milyon manat məbləğində əməliyyat mənfəəti generasiya edilib.
GDP xəbər verir ki, bu barədə Mərkəzi Bankın Statistik bülleteninin İyun buraxılışında məlumat verilib.
Məlumata görə, 2024-cü ilin 6 ayında banklar tərəfindən ümumilikdə 124.1 milyon manat məbləğində mənfəət vergisi ödənilib.Bu da illik müqaisədə 7.2 milyon və ya 5.4% azdır.
Qeyd: 2023-cü ilin yanvar-iyun aylarında banklar 563.3 milyon manat xalis mənfəət, 772.3 milyon manat məbləğində əməliyyat mənfəəti əldə etmişdi. 2023-cü ilin 6 ayında banklar tərəfindən 131.3 milyon manat məbləğində mənfəət vergisi ödənilmişdi.