Neft qiymətləri ABŞ-da iqtisadi artımın kəskin sürətlənməsini göstərən məlumatlar sayəsində gün içi minimumlarından geri çəkilib.
Londonun ICE Futures birjasında Brent markalı neftin sentyabr fyuçerslərinin qiyməti Bakı vaxtı ilə saat 17:50-ə 81,06 dollar/barel təşkil edib ki, bu da əvvəlki sessiyanın bağlanışına nisbətən 0,65 dollar və ya 0,8% aşağıdır.
Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən hərraclarda sentyabr ayı üçün WTI neftinin qiyməti 1 barelə görə 0,38 dollar və ya 0,49% azalaraq 77,21 dollar təşkil edib.