2024-cü ilin yeddi ayı ərzində Sahibkarlığın İnkişafı Fondu (SİF) tərəfindən müvəkkil kredit təşkilatları vasitəsilə 3252 layihənin maliyyələşdirilməsinə 119 milyon manat güzəştli kredit verilib.
GDP xəbər verir ki, bu ilin yeddi ayı ərzində sahibkarların invesitisiya layihələrinə verilmiş güzəştli kreditlərin sayına görə “Bank Respublika” ASC, “Rabitəbank” ASC (Rabitabank OJSC), “AccessBank” QSC (Azərbaycan), “Yelo Bank” ASC və “Aqrarkredit” QSC fərqlənib.
Həmin dövrdə verilmiş güzəştli kreditlərin məbləği üzrə fərqlənən müvəkkil kredit təşkilatlarına isə “Bank Respublika” ASC, “Rabitəbank” ASC, “AccessBank” QSC”, “Azərbaycan Beynəlxalq Bankı” ASC (ABB) və “Yelo Bank” ASC daxildir.
Qeyd edək ki, sahibkarlar SİF-in güzəştli kreditlərindən yararlanmaq üçün müvəkkil kredit təşkilatlarına müraciət etməlidirlər. Müvəkkil kredit təşkilatlarına Fondun əməkdaşlıq etdiyi banklar, bank olmayan kredit təşkilatları və kredit ittifaqları aiddir.
Trending
- Daşınar əmlakla bağlı reyestrə tələb aşağıdır-Mərkəzi Bank açıqlayıb
- Elnur Əliyev: Azərbaycanın TDT-yə üzv dövlətlər ilə ticarət dövriyyəsi 6,3 milyard dollar təşkil edir
- Manatın nominal dəyəri qeyri-neft sektorunda daha çox güclənib- SON GÖSTƏRİCİLƏR
- Bu gün Azərbaycanda matəmdir
- Son 6 ildə MİDA-nın 3360-dan çox mənzili İpoteka və Kredit Zəmanət Fondu vasitəsilə satılıb
- İndiyədək ümumilikdə 4,5 milyard manat ipoteka krediti verilib
- İpoteka və Kredit Zəmanət Fondu fəaliyyəti dövründə 136,1 milyon manat mənfəət əldə edib
- Sabah saat 12:00-da ölkə ərazisində 1 dəqiqəlik sükut olacaq