Neft qiymətləri əvvəlki sessiyada 2% enişdən sonra yüksəlir.
Birjalar Amerika Neft İnstitutunun (ANİ) ABŞ neft ehtiyatlarının əhəmiyyətli dərəcədə azalması ilə bağlı məlumatları ilə dəstəkləndi. ANİ-nin hesablamalarına görə, ötən həftə ehtiyatlar 5,205 milyon barel azalıb. ABŞ-da enerji ehtiyatları ilə bağlı rəsmi məlumatlar bu gün Bakı vaxtı ilə saat 17:30-da dərc olunacaq.
Londonun ICE Futures birjasında Brent markalı neftin oktyabr fyuçerslərinin dəyəri bir barel üçün 81,14 dollar təşkil edir ki, bu da əvvəlki ticarətin bağlanışına nisbətən 0,45 dollar və ya 0,56% bahadır.
Nyu-York əmtəə birjasında elektron hərraclarda sentyabr ayı üçün WTI neftinin fyuçerslərinin qiyməti bu dəfə 0,5 dollar və ya 0,64% artaraq bir barelə görə 78,85 dollar təşkil edib.