Amerika fond indeksləri inamla yüksəlib, S&P 500 və Nasdaq ardıcıl altıncı sessiyada müsbət ərazidə sona çatıb.
GDP xəbər verir ki, S&P 500 avqustun əvvəlində reallaşan itkiləri tam olaraq geri qaytardı.
Ticarət Departamenti tərəfindən açıqlanan ABŞ-ın pərakəndə satışlarına dair güclü məlumatlar, keçən həftənin əvvəlində birjanın çökməsinə səbəb olan tənəzzül qorxularını aradan qaldırıb.
İnfrastructure Capital Advisors şirkətinin baş icraçı direktoru Jay Hatfield, “Bu gün biz ayın əvvəlində bazarı bürüyən irrasional tənəzzül qorxusunun dağıldığını gördük” – deyə qeyd edib. Onun sözlərinə görə, birja bazarının sürətli bərpası təəccüblü deyil, çünki treyderlərin avqustun 2-də açıqlanan iyul ayı üçün zəif ABŞ işsizlik məlumatlarına həddindən artıq reaksiya verdiyi aydın olub.
Cümə axşamı bazarın bağlanışına görə, Dow Jones indeksi 1,39% artaraq 40 563,06 bənd təşkil edib.
S&P 500 indeksi 1,61% artaraq 5 543,22 bənd olub. Nasdaq 2,34% artaraq 17 594,5-ə yüksəlib.