Neftin qiyməti aşağı düşsə də, həftəni daha yüksək həddə bitir.
Bakı vaxtı ilə saat 09:15-ə Londonun ICE Futures birjasında Brent markalı neftin oktyabr fyuçerslərinin dəyəri bir barel üçün 80,72 dollar təşkil edir ki, bu da əvvəlki ticarətin bağlanışına nisbətən 0,32 dollar (0,39%) azdır.
Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində sentyabr ayı üçün WTI markalı neftin bir barelinin qiyməti 0,42 dollar və ya 0,45% ucuzlaşaraq 77,74 dollar təşkil edib.