2024-cü ilin 7 ayı ərzində (yanvar-iyul) Azərbaycanın xarici ticarәt әmәliyyatlarının hәcmi 26 milyard 892 milyon 121 min ABŞ dolları təşkil edib.
GDP Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, o cümlәdәn, ixrac әmәliyyatları üzrә 16 milyard 98 milyon 920 min ABŞ dolları, idxal әmәliyyatları üzrә 10 milyard 793 milyon 201 min ABŞ dolları məbləğində ticarət qeyd alınıb. Əməliyyatlar 5 milyard 305 milyon 719 milyon ABŞ dolları məbləğində müsbət saldo ilə nəticələnib.
Qeyd edək ki, 2023-cü ilin 7 ayı ərzində (yanvar-iyul) Azərbaycanın xarici ticarәt әmәliyyatlarının hәcmi 30 milyard 333 milyon 432 min ABŞ dolları, o cümlədən ixrac 20 milyard 776 milyon 950 min ABŞ dolları, idxal 9 milyard 556 milyon 481min ABŞ dolları, müsbət saldo 11 milyard 220 milyon 469 min ABŞ dolları təşkil etmişdi.