Ticarət zamanı qızılın qiyməti etibarlı aktivlərə güclü tələbat səbəbindən tarixin ən yüksək həddinə çatıb.
Comex birjasında sentyabr qızıl fyuçersləri bir unsiya üçün 2493 dollardan yuxarı satılır. Əvvəlki sessiyanın bağlanışında olan səviyyə ilə müqayisədə onlar demək olar ki, 1,4% bahalaşıb.
Bazar həm Yaxın Şərqdə, həm də Ukrayna-Rusiya münaqişəsində geosiyasi gərginliyin artması ilə dəstəklənir.