Azərbaycanın “PAŞA Bank” ASC-nin Gürcüstanda törəmə bankı olan “PASHA Bank Georgia” (PAŞA Bank Gürcüstan) 2024-cü ilin 1-ci yarısını (yanvar-iyun) 2 milyon 589 min lari (cari məzənnə ilə 1 milyon 639 min manat) xalis mənfəət ilə başa vurub. Bank 2023-cü ilin 1-ci yarısını 2 milyon 469 min lari (cari məzənnə ilə 1 milyon 563 min manat) xalis zərər ilə bağlamışdı.
Bankın “EY” tərəfindən təsdiq edilmiş 30 iyun 2024-cü il tarixinə Maliyyə Hesabatlarında bildilir ki, 2024-cü ilin 1-ci yarısında “PASHA Bank Georgia”nın faiz gəlirləri 24 milyon 584 min lari (2023-cü ilin ilk 6 ayında 26 milyon 643 lari), qeyri-faiz gəlirləri 8 milyon 224 lari (2024-cü ilin ilk 6 ayında 5 milyon 406 min lari) təşkil edib.
Faizli aktivlər üzrə kredit itkisinin 4 dəfə azalaraq 4 milyon 899 min larindən 1 milyon 232 min lariyə düşməsi Bankın xalis mənfəətə çıxmasına böyük kömək edib.