Türkiyə Mərkəzi Bankı böyük ehtimalla sabah əsas uçot dərəcəsini dəyişməyəcək, lakin pul siyasətinin yumşaldılması şərtlərini açıqlaya bilər.
GDP xəbər verir ki, bunu bəzi ekspertlər Türkiyə Mərkəzi Bankının sabahkı qərarı barədə proqnozlarını səsləndirərkən bildirib.
Qeyd edək ki, Türkiyə Mərkəzi Bankının sədr müavini Osman Akçay daha əvvəl demişdi ki, tənzimləyicinin 50%-lik dərəcəsi dörd aydır dəyişməyib və onun azaldılması üçün ilkin şərt inflyasiyanın davamlı azalması olacaq.