Neftin qiyməti yenidən ucuzlaşıb.
GDP xəbər verir ki, Londonun ICE Futures birjasında Brent markalı neftin oktyabr fyuçerslərinin dəyəri Bakı vaxtı ilə saat 18:05 77,45 dollar/barel təşkil edib ki, bu da əvvəlki sessiyanın bağlanışına nisbətən 0,21 dollar və ya 0,27% azdır.
Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən hərraclarda sentyabr ayı üçün WTI neftinin qiyməti 1 barelə görə 0,15 dollar və ya 0,2% azalaraq 74,22 dollar təşkil edib. Daha aktiv ticarət edilən oktyabr fyuçersləri ,06 dollar və 0,08% azalaraq 73,6 dollar/barel olub.
Qeyd edək ki, Sentyabr fyuçersləri üzrə birja ticarəti dövrü çərşənbə axşamı sessiyanın bitməsi ilə başa çatır.