Neft qiymətləri əvvəlki iki seansdakı enişdən sonra bu gün bir qədər ucuzlaşır.
GDP xəbər verir ki, Londonun ICE Futures birjasında Brent markalı neftin oktyabr fyuçerslərinin qiyməti Bakı vaxtı ilə saat 09:20-yə olan vəziyyətə görə bir barel üçün 77,12 dollar təşkil edir ki, bu da əvvəlki ticarətin bağlanışına nisbətən 0,08 dollar və ya 0,1% azdır.
Nyu-York əmtəə birjasında elektron hərraclarda oktyabr ayı üçün WTI neftinin qiyməti bu dəfə 0,09 dollar və ya 0,12% ucuzlaşaraq 73,08 dollar/barelə bərabər olub.