Comex birjasında avqust ayı qızıl fyuçersləri 0,3% artaraq bir unsiya üçün 2510,2 dollara çatıb ki, bu da ilin əvvəlindən qiymətli metalın dəyərində 21,5% artımı əks etdirir.
GDP xəbər verir ki, ABŞ-da inflyasiyanın zəifləməsi və əmək bazarı göstəricilərinin pisləşməsi Federal Ehtiyat Sisteminin tezliklə faiz dərəcələrini aşağı salacağına dair gözləntiləri artırıb. Bazar ilin sonuna qədər 100 baza bəndi endirimi gözləyir.
İnflyasiyanın yavaşlaması digər iri iqtisadiyyatlarda, o cümlədən Mərkəzi Bankın istehlak qiymətlərinin artımının yavaşlamasını əsas gətirərək əsas faiz dərəcəsini 25 baza bəndi azaldıb illik 3,5%-ə endirdiyi İsveçdə də müşahidə olunur.