Qırğızıstanda daha bir neçə bank Rusiya bankları vasitəsilə pul köçürmələrini dayandırıb. .
GDP xəbər verir ki, avqustun 19-da Qırğızıstan MBankı Rusiya bankları, o cümlədən Sberbank, Tinkoff və MTS Bankı da daxil olmaqla hər iki istiqamətdə qeyri-müəyyən müddətə köçürmələri dayandırıb.
Maliyyə qurumunda qeyd edildiyi kimi, daxil olan köçürmələr Qərbin sanksiyalarına məruz qalmayan banklar vasitəsilə rubldan istifadə etməklə həyata keçiriləcək.
Daha sonra Qırğızıstan bankı Keremet də Sberbank, MTS Bank, Tinkoff və Rusiya Federasiyasının milli ödəniş sisteminin operatoru NSPK ASC-nin mobil proqramları vasitəsilə hər iki istiqamətdə qeyri-müəyyən müddətə köçürmələri dayandırıb.
Oxşar məhdudiyyətlər DəmirBank, KICB və O!Bank (Halyk) tərəfindən də elan edilib,