Banklar və “Azərpoçt” MMC sistemləri üzrə iyul ayının sonunda dövriyyədə olan ödəniş kartlarının sayı ötən aya nəzərən 249 min ədəd artaraq 18 milyon 340 min ədəd təşkil edib.
GDP Mərkəzi Banka istinadla xəbər verir ki, keçən ilin müvafiq dövrü ilə müqayisədə bu göstərici 19,5 faiz artıb. Ödəniş kartlarında artım debet kartları üzrə 20,8 faiz, kredit kartları üzrə 11,4 faiz olub.