Neft qiymətləri bir qədər bahalaşıb.
GDP xəbər verir ki, Londonun ICE Futures birjasında Brent markalı neftin oktyabr fyuçerslərinin qiyməti Bakı vaxtı ilə saat 09:20-yə olan vəziyyətə görə bir barel üçün 77,27 dollar təşkil edir ki, bu da əvvəlki ticarətin bağlanışına nisbətən 0,05 dollar və ya 0,06% bahadır.
Nyu-York əmtəə birjasında elektron hərraclarda oktyabr ayı üçün WTI neftinin qiyməti bu dəfə 0,05 dollar və ya 0,07% artaraq bir barelə görə 73,06 dollar olub.