Azərbaycanda özəl bank kimi ən iri aktivlərə və eləcə də xidmət şəbəkəsinə malik “Kapital Bank” ASC-nin səhmdarlarına bölüşdürülməmiş mənfəətindən dividend ayrılacaq.
Bu barədə İdarə Heyətinin sədri Fərid Hüseynovun səhmdarlara ünvanlandığı məktubda bildilir
Məktubda bildirilir ki, 26 sentyabr 2024-cü il, saat 11:00-da səhmdarların Ümumi Yığıncağı keçirləcək.
Yığıncağın məsələsinə yalnız 2023-cü ilin yekunlarına əsasən səhmdarlara dividend ödənilməsi məsələsi müzakirə ediləcək.
Kənar audit “E&Y”-nin verdiyi rəyə əsasən, 2023-cü ildə 304 milyon manat xalis mənfəət əldə edib. Bununla da cari ilin əvvəlinə onun kapitalında 824 milyon manat bölüşdürülməmiş mənfəət olub.
Bank son iki ildə səhmdarlara müvafiq olaraq 153 milyon və 171 milyon manat dividend ödəyib.
Mənbə: banker