Yuan iyul ayında qlobal ödənişlərdə rekord səviyyədə istifadə edilib.
GDP xəbər verir ki, bu barədə SWIFT hesablaşma sisteminin məlumatlarında bildilir.
Yuanın beynəlxalq hesablaşmalardakı payı iyunda 4,61%-dən iyulda rekord 4,74%-ə çatıb.
Yuan ardıcıl doqquzuncu aydır ki, transsərhəd ödənişlər üçün populyarlıq baxımından dördüncü yerdədir.
Ticarətdə Çin valyutası 6% bazar payına malikdir və yalnız ABŞ dollarından sonra ikinci yerdədir və ardıcıl ikinci aydır ki, avronu geridə qoyur.
Çin Xalq Bankının ekspertləri yuanın populyarlığına artan ticarət həcmləri, sabit makroiqtisadi göstəricilər və ölkənin maliyyə bazarının daha çox açıqlığı səbəb olur.