Kapital Bank ABŞ-nin Bank of New York Mellon-da müxbir hesabı açıb.
GDP xəbər verir ki, Bank of New York Mellon-da müxbir hesabı açaraq Kapital Bank beynəlxalq maliyyə əməliyyatlarını daha da gücləndirdiyini açıqlayıb.
Qeyd edək ki, Bank of New York Mellon 1784-cü ildə təsis olunub və ABŞ-nin ən qədim maliyyə qurumlarından biri hesab olunur. Bank dünyanın bir çox ölkəsində fəaliyyət göstərən nümayəndəlikləri ilə qlobal maliyyə bazarlarında yüksək etimad və mövqeyə sahibdir.