Azərbaycanda banklar adından kiber fırıldaqçılıq halları qeydə alınıb.
GDP xəbər verir ki, fırıldaqçılar Azərbaycanda fəaliyyət göstərən müxtəlif bankların adından elektron poçt ünvanları yaradır, bundan sonra bank əməliyyatlarının təsdiqlənməsinin zəruriliyi barədə vətəndaşlara məktublar göndərirlər.
E-poçtlara əlavə edilən zərərli fayllar kibercinayətkarların istifadəçilərin şəxsi məlumatlarını oğurlamaq üçün istifadə etdiyi keylogger proqramı ehtiva edir.