Azərbaycan Mərkəzi Bankı (AMB) “Paşa Bank” ASC-nin bir vəzifəli şəxsini 1 500 manat məbləğində cərimə edib.
GDP xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankı məlumat yayımlayıb.
Bildirilir ki, Mərkəzi Bank bu qərarı “Banklar haqqında” Azərbaycan Respublikası Qanununun 35.4-cü maddəsinin, “Kredit təşkilatlarının borcalanları haqqında məlumatın Mərkəzləşdirilmiş Kredit Reyestrinə verilməsi Qaydası”nın 3.3-cü bəndinin tələblərinin pozulması səbəbilə İnzibati Xətalar Məcəlləsinin 440.1-ci maddəsinə müvafiq olaraq verib.
Qeyd olunub ki, pozuntu halı nəzərə alınaraq İnzibati Xətalar Məcəlləsinin 440.1-ci maddəsinə uyğun olaraq “Paşa Bank” ASC-nin vəzifəli şəxsi cərimələnib.