Buffetin investisiya şirkəti Berkshire Hathaway-in kapitallaşması 1 trilyon dollara yaxınlaşıb
GDP xəbər verir ki, amerikalı milyarder Uorren Baffetin investisiya şirkəti Berkshire Hathaway Inc-in kapitallaşması. 1 trilyon dollara yaxınlaşıb.
Berkshire-ın bazar dəyəri ilin əvvəlindən 218 milyard dollar artaraq 993 milyard dollar olub.
Şirkətin bu il A kateqoriyalı səhmlərinin qiyməti 27,4%, B kateqoriyalı səhmlərinin qiyməti isə 29,2% bahalaşıb.
Market Watch qeyd edir ki, Berkshire dünyada kapitallaşması indiyə qədər 1 trilyon dollara çatan doqquzuncu şirkət ola bilər.